Yuxarı

Avropada totalitarizm muzeyi: 50 il sonra SSRİ-yə cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Praqa şəhər şurası keçmiş xəstəxana binasında totalitarizm muzeyinin açılması barədə qərar qəbul edib.

Axar.az “Avroplus”a istinadən xəbər verir ki, həmin tarixi binada 50 il əvvəl etirazçı tələbə Yan Palaxın intihar etdiyi deyilib.

Məlumata görə, əvvəllər xəstəxananın yerləşdiyi bina hazırda investorlara məxsusdur və orada otelin açılması planlaşdırılmışdı. Lakin şəhər şurasının üzvləri sözügedən binanın tarixliyini əsas gətirirək, oranın ya muzey, ya da mədəniyyət mərkəzi olmasını istəyiblər.

Xatırladaq ki, 20 yaşlı tələbə Yan Palax SSRİ qoşunlarının və digər Varşava paktı ölkələrinin Çexoslovakiyanı işğalına qarşı mübarizə simvoluna çevrilmişdi. 1968-ci ildə qoşunların ölkəyə daxil olmasından bir neçə ay sonra bu gənc oğlan işğala etiraz əlaməti olaraq şəhərin mərkəzi meydanında özünü yandırıb. Palax dərin yanıq xəsarətləri ilə haqqında bəhs edilən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun dəfninə o zaman iki yüz min insanın qatıldığı deyilir.

Tarix
2019.01.11 / 00:17
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla