Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Mart 2019


Tarixin ən qorxunc canisi: Məni tez həbs edin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayətləri ilə tarixə keçən Uilyam 1928-ci ildə dünyaya gəlib. Ailəsi sıxıntılar içində yaşayırdı. Buna görə də Uilyamın uşaq vaxtlarından davasız keçən bir günü belə olmurdu. O, gənc yaşlarından kiçik oğurluqlar edərək, cinayətlər törətməyə başlayıb.

12 yaşında Uilyam bir marketdə işləməyə başlamışdı və oradan ucuzdan-bahalıya xeyli əşya oğurlamışdı. 13 yaşında isə bir binadan oğurluq edəndə yaxalanaraq, həbs edilmişdi. O, oğurluğu bir cinayət kimi yox, xobbi olaraq dəyərləndirirdi. Onun davranışlarının düzəlməsi üçün bir uşaq məktəbinə göndərildi. Uilyam bu məktəbdən də oğurluq edəndə ABŞ-ın İlliyons ştatındakı özəl təlim məkəbinə yola salındı.

Lakin bütün bunlar onun cinayətdən uzaq qalmasına səbəb ola bilmədi. Uilyam 1945-ci ildə ilk cinayətini törətmişdi. 43 yaşlı bir qadın boğazından dəfələrlə bıçaq yarası almış, sonra isə ilkin yardım edilmişdi. Bu ilginc cinayət mediada da geniş müzakirələrə səbəb olmuşdu.

Bu olaydan 6 ay sonra Çikaqoda ikinci qorxunc cinayət baş verdi. Bu dəfə isə qurban 32 yaşında bir qadın idi. O da boynundan dəfələrlə bıçaq xəsarəti alaraq öldürülmüşdü. Bu cinayətdə də öldürülən qadına ilkin yardım göstərilmişdi. Belə ki, cinayətkar qadınları öldürdükdən sonra qanaxmanın qarşısını almaq üçün boyunlarına məhraba dolayırdı.

O, bu cinayəti törədərkən qadının evinin divarına bu sözləri yazmışdı: “Tanrı eşqinə, daha çox adam öldürmədən məni yaxalayın. Özümü idarə edə bilmirəm”.

Daha sonra onu “pomadalı qatil” deyə adlandırmağa başladılar.

Bundan sonra cinayətkar 3-cü dəhşətli qətl hadisəsini törətdi. O, bu dəfə kiçik bir qız uşağını öldürərək bədənini müxtəlif hissələrə ayırmışdı. Polis bu dəhşətli cinayətlərin bir-birilə əlaqəli olduğuna qərar vermişdi.

Bu dönəmlərdə Çikaqo Universitetində olan Uilyam pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlib. O, sonuncu cinayətin baş verdiyi məhəllədə bir evə girərkən polislər tərəfindən həbs edilib.

Bu 3 cinayətə görə o, ömürlük həbs cəzası alsa da, polislərin işgəncələrində belə, “hadisələri mən törətməmişəm” deyə israr edirdi.

2008-ci ildə Uilyam ilə məhkəmədə görüşən jurnalistlər onunla söhbət ediblər.

Uilyam ömürlük həbs cəzası haqqında bu fikirləri deyib: “Edam cəzası yerinə ömürlük həbs daha yaxşıdır. Əgər ölsəniz, heç bir şeyi ortalığa çıxarma şansınız olmaz. Həyatdasınızsa, bu, günahkar olmadığınızı sübut etmək üçün şansınız var, deməkdir. Buna görə də həyatda qalmağın ölməkdən daha üstün olduğunu düşünürəm”.

Musavat.com

Tarix
2019.01.13 / 16:01
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Krımın varlığı Rusiya üçün təhlükədir - Klimkin

Dünyanın ən bahalı şəhərləri açıqlandı - Siyahı

Venesuela müxalifəti səfirliyi ələ keçirdi

Pompeo İrana qarşı olan ölkələrə gedir

Britaniyada “kölgə daşınmaz əmlak”... – Hesabat

Separatçıların “naziri” Livanda: Kəlbəcərə ermənilər köçürülür

Sərkisyan hələ də Qarabağdadır: Balasanyanla görüş

Cəmilov: Putinin Krımdan çıxması “xarakiri” deməkdir

Dünyanın ən güclüləri: Türkiyə Almaniyanı geridə qoydu

Tramp məni qovmayana qədər... - Pompeo

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla