Yuxarı

Spikerin həbsi ölkəni qarışdırdı: Nazir müxalifəti dəstəklədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Assambleyanın rəhbəri Xuan Quaidonun xüsusi xidmət orqanları tərəfindən saxlanılması özbaşınalıqdır.

Axar.az xəbər verir ki, bu sözləri Venesuelanın Rabitə və İnformasiya naziri Xorxe Rodriqes spikerin saxlanılması haqda danışarkən deyib.

“Bir qrup əməkdaş özbaşınalığa yol verərək, deputat Xuan Quaidoya qarşı münasibətdə qanunsuz hərəkətlərə yol verdi”, - deyə nazir bildirib.

Rodriqes eyni zamanda əlavə edib ki, bu media şousuna rəvac verən SEBİN (kəşfiyyat xidməti) əməkdaşları vəzifələrindən kənarlaşdırılacaq və onalara qarşı ciddi intizam tədbirləri görüləcək.

Qeyd edək ki, SEBİN müxalif parlamentin rəhbərini paytaxt Karakas yaxınlığında saxlamış, daha sonra azadlığa buraxmışdı.

N.Maduro cümə axşamı andiçmə mərasimi keçirib. O, 2025-ci ilə qədər prezident səhaliyyətlərini icra edəcək.

ABŞ Maduronun legitimliyini tanımayıb. Ölkədən qovulan və Vaşinqtonda yerləşən Venesuela Ali Məhkəmə Quaidoya prezidentin səlahiyyətlərini ələ alması üçün çağırış edib. Quaido özü də bu addımı atmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Konstitusiya ona yeni seçkilər təyin etmə səlahiyyəti verir.

Nazirin sözlərini şərh edən spiker bildirib ki, əgər bu həqiqətdirsə, demək, Maduro ölkənin silahlı qüvvələrinə nəzarət edə bilmir.

Tarix
2019.01.13 / 23:12
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla