Yuxarı

Türkiyə milli raket sistemləri istehsal edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə yerli uzaqmənzilli müdafiə sistemləri istehsal edəcək.

Axar.az xəbər verir ki, bunu türkiyəli mayor Nadidə Şəbnəm Aktop Türkiyə Müdafiə Nazirliyinin iclasındakı çıxışı zamanı deyib. O, müdafiə sistemi sahəsində görülən işlərdən bəhs edib:

“Əhəmiyyətli dərəcədə hava və raket təhdidlərinə məruz qalan ölkəmiz üçün havadan müdafiə sistemi seçim deyil, məcburiyyətdir. Rusiya Federasiyasından S-400 sistemlərinin tədarük edilməsi ilə ölkəmiz önəmli hava müdafiə qabiliyyəti qazanmış olacaq. Texnologiya transferi və ortaq istehsal yolu ilə öz milli sistemlərimizi inkişaf etdirmək üzrə başlatdığımız işlər müttəfiqlərimiz İtaliya və Fransa ortaqlığı olan “Avrosam” (“Eurosam”) ilə həyata keçirilir. Müdafiə Sənayesi Nazirliyi tərəfindən ABŞ-ın "Patriot"larla bağlı verdiyi təkliflə bağlı müzakirələr davam etdirilir.

Bundan əlavə, yerli və uzaqmənzilli havadan müdafiə sistemi olan SİPƏR layihəmiz üçün ilk addımı atmışıq. F-35-lərlə bağlı ilk 2 təyyarə ötən ilin iyulunda təhvil alınıb. Pilot və texniki baxış təlimləri ABŞ-da davam edir. 2019-cu ilin martında alınacaq 2 təyyarə ilə cəmi 4 təyyarə, pilot, texniki baxış təlimləri üçün 2020-ci ilin sonuna qədər ABŞ-da qalacaq. 5 və 6-cı təyyarələr isə bu il noyabrın 30-da Malatyaya gətiriləcək”.

Tarix
2019.01.20 / 01:32
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla