Yuxarı

Türkiyə Suriyada elə bir idarə üsulu qurdu ki... - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ötən il müvəffəqiyyətlə "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatını birdi. Bu əməliyyatlardan sonra bölgədə mülki və inzibati quruluşun necə olacağı sınaq qarşısında qaldı.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Suriya üzrə eksperti Oytun Orxan danışıb.

"O bölgədə yaranacaq idarəetmə modeli həm xalqın Türkiyəyə olan baxışına müsbət təsir göstərmək, həm də Türkiyənin Suriyanın şərqindəki digər bölgələrdə terrorla mübarizə əməliyyatlarındakı yerli dəstəyi ala bilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Türkiyə hər bir bölgədə o bölgənin özünə xas xüsusiyyətlərini ehtiva edən mülki idarələr qurdu. Yerli məclislər quruldu və bu yerli məclislər bələdiyyələrin funksiyasını üzərinə götürdü. Bu yerli məclislər tamamilə o şəhərin demoqrafik strukturuna uyğun olaraq, yerli insanlar arasından seçilən şəxslərdən yaradıldı. Bölgədə həmçinin bir təhlükəsizlik qurumu da yaradılıb. Azad Suriya Ordusu şəhər mərkəzlərindən çıxarıldı və şəhərlər daxilində polis qüvvələri yaradıldı. ASO da daha çox cəbhə nöqtələrinə yönəldildi. Bütün bunlar edilərkən Türkiyə öz təcrübəsini və institusional potensialını bu bölgəyə əks etdirməyə çalışdı", - Orxan qeyd edib.

Tarix
2019.01.21 / 19:14
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla