Yuxarı

Rus qırıcıları Çin səmasında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali pilotajın aviasiya qrupları – "Rus Vityazları" "Aeroşou Çayna-2014" aviakosmik sərgisində iştirak etmək üçün Çinə yollanıb.

Axar.az RİA Novostiyə istinadla bildirir ki, bu barədə Rusiya HHQ-nin rəsmi nümayəndəsi İqor Klimov məlumat verib:

"Bu gün "Vityazlar" 10-cu beynəlxalq "Aeroşou Çayna-2014" aviakosmik sərgisində iştirak etmək üçün Çin Xalq Respublikasının Çjuxay aerodromuna uğurlu uçuş həyata keçiriblər".

HHQ nümayəndəsi qeyd edib ki, aparıcı hərbi-nəqliyyat təyyarəsi İl-76 və 5 ədəd Su-27 qırıcısı 8 min kilometrdən artıq məsafənin öhdəsindən gələrək 13 saata yaxın havada olublar. Təyyarələr Rusiyanın iki – Tolmaçevo və Belaya aerodromlarında, eləcə də, Çinin Xux-xoto aerodromunda eniş ediblər.

"Rus Vityazları" beş, dörd və üç ekipaj üzvündən ibarət tərkiblərdə nümayiş uçuşu həyata keçirəcəklər, qrupun komandiri polkovnik Andrey Alekseyev isə həmişə olduğu kimi, tək pilotaj göstərəcək", – Klimov əlavə edib.

Xatırladaq ki, "Rus Vityazları" dünyada Su-27 nizami ağır qırıcılarda tək və qrup halında ali pilotajı yerinə yetirən yeganə pilot komandasıdır.

Tarix
2014.11.09 / 14:48
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla