Yuxarı

İŞİD lideri əl-Bağdadi öldürüldü – Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraq və Şam İslam Dövləti" qlobal terror təşkilatının lideri Əbu-Bəkr Bağdadi öldürülüb.

Axar.az xəbər verir ki, bu dəqiqələrdə dünya mediası İŞİD liderinin məhv edildiyi xəbərini yayıb. Məlumata görə, ABŞ-ın döyüş təyyarələri dünən İŞİD terror qruplaşmasının liderlərinin toplantı keçirdiyi binaya raket zərbələri endirən zaman yaralanan əl-Bağdadi bir neçə saat sonra ölüb.

Bu barədə "Reuters" xəbər agentliyi də məlumat yayıb. Türkiyə mətbuatında tanınan azərbaycanlı sələfi imza "Furkan Azəri" də İŞİD mətbuat sözçüsü Adnani adlı şəxsə istinadən yazıb ki, Bağdadi öldürülüb.

Qeyd edək ki, dünən ABŞ-ın döyüş təyyarələrinin bombardmanı zamanı Əl Bağdadi ağır yaralanmışdı.

Əl Bağdadi təcili Suriyaya yola salınmışdı. Zərbələr nəticəsində İŞİD-in bir neçə səhra komandiri də ölmüşdü. Məlumata görə, qruplaşmanın nümayəndələri yaralı silahlılara qan köçürmək üçün şəhər əhalisinə müraciət edərək qan verməyi xahiş etmişdi. Onu da deyək ki, ötən gün CNN ABŞ prezidenti Barak Obamanın öldürülməsi xəbərini yaymışdı.

Tarix
2014.11.09 / 21:57
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla