Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq
15:35
Ana səhifə Planet |
Ermənistan hakimiyyəti İrəvanın Ukraynadakı səfirliyi yanında hərbi attaşe vəzifəsi yaradılması haqqında qərar qəbul edib.
Axar.az xəbər verir ki, bununla bərabər Ermənistanın Rusiyadakı səfirliyinin hərbi attaşesinin köməkçisi vəzifəsi də yaradılıb. Yeni vəzifələrin yaradılması təklifini Ermənistan Müdafiə naziri David Tonoyan irəli sürüb.
Rəsmi İrəvan Ermənistanın Ukraynadakı səfirliyində hərbi attaşe vəzifəsinin yaradılmasının Ermənistan-Ukrayna hərbi, hərbi-texniki və hərbi-siyasi əlaqələrində yeni impuls olacağı və Ermənistanın maraqlarına toxunan proseslərə zamanında reaksiya verməyə imkan yaradacağını bildirib.
Tarix
2019.01.24 / 13:46
|
Müəllif
İlkin Həsənov
|