Yuxarı

Gürcü kilsəsi susur, müsəlmanlar isə Ukraynanı təbrik edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Şiə Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədov və Marneulidəki “İmam Əli” məscidinin axundu Hacı Hacıyev Ukrayna Pravoslav Kilsəsini avtokefaliya münasibətiylə təbrik edib.

Axar.az xəbər verir ki, təbrikdə Ukrayna kilsəsinin uzun illər Rusiyanın təsiri altında olduğu bildirilib və avtokefaliya bütün ukraynalılar üçün böyük uğur adlandırılıb. Həmçinin avtokefaliyanın Ukraynanın imperiya təsirindən azad olması üçün vacib addım olduğu vurğulanıb.

Jurnalistlərə açıqlama verən Mirtağı Əsədov Gürcüstan Pravoslav Kilsəsinin bu məsələ ilə bağlı mövqeyini anladığını deyib:

“Rusiya işğal edilmiş Abxaziya və Cənubi Osetiyadakı kilsələrin müstəqilliyini tanımır. Ona görə də Gürcüstan Patriarxlığının Ukrayna kilsəsinin avtokefaliyasını tanımaqda ehtiyat nümayiş etdirməsi başa düşüləndir”.

Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsi hələ də Ukrayna Pravoslav Kilsəsini avtokefaliya münasibətiylə təbrik etməyib. Gürcüstan kilsəsinin bu addımı ölkənin özündəki bəzi din xadimlərinin etirazına səbəb olub.

Tarix
2019.01.24 / 16:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla