Yuxarı

Paşinyan provokasiyaya çəkilir: “Bakı savaşa hazırlaşır” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:44

İlham Əliyevlə Nikol Paşinyanın Davos görüşündə Qarabağ konflikti müzakirə edilib.

Axar.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında Ermənistanın eks-deputatı Ruben Akopyan deyib.

“Xarici siyasət sferası kölgədə və kulisdə olur. Hesab etmirəm ki, Davosda müzakirə edilənlər dərhal açıqlanmalıdır. Azərbaycan tərəfinin görüşdən öncə söhbətin nədən gedəcəyi ilə bağlı tam məlumatlı olması artıq başqa məsələdir. Bizim baş nazir görüşün 1,5 saat davam etdiyini və təsadüfi olduğunu deyəndə bir növ kəndçi hiyləgərliyi etməyə çalışdı. Aydın olan odur ki, tərəflər Qarabağdan danışıblar və növbəti gün məhz Davosda Paşinyana Bolton zəng etdi və söhbət Qarabağdan getdi”, – deyə o bildirib.

Onun sözlərinə görə, Paşinyan məsləhətlərə qulaq asmayacağı halda bütün Ermənistan ağır məsuliyyət altında qalacaq:

“Xalqları sülhə hazırlayın” deyəndə nəyinsə baş verdiyini, prosesin getdiyi nəzərdə tutulur. Biz gərək səhvlərimizdən nəticə çıxaraq. Bütün bu dövr ərzində Azərbaycan tərəfi udub. Paşinyanın icra edilməyəcək razılaşma barədə hesabat vermək vaxtı çatıb. Xalqı həyəcanlandırmaq istəməzdim, amma müharibə heç də uzaqda deyil. Allah eləsin ki, mən yanılım”.

Azərbaycanı savaşa hazırlaşmaqda ittiham edən Akopyan son günlər atəşkəs xəttindəki sakitliyin guya Azərbaycanın maraqlarına cavab vermədiyini deyib.

Tarix
2019.02.06 / 19:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident və xanımı Şuşada...

Bayramovdan Almatıda açıqlama: Qarşıdakı iki gündə...

İrəvanı kim qarışdırır: Nikol bacaracaqmı?

Almatıda nazirlərin görüşü başladı - Video

Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü

Fransanın Azərbaycanı “işğal”da ittiham etməsi… - Kılıç

İlham Əliyev Füzuliyə getdi - Foto

Xankəndidə Türkiyə konsulluğunun açılması... – Səfir

Heydər Əliyevin məğlubiyyəti dəyişdirəcək strategiyası...

Paşinyanın impiçmenti: Müxalifətə nə qədər səs lazımdır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla