Yuxarı

Fransada gərginlik: vitrinlər sındırıldı, maşınlar yandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.02.09 - 21:20

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər"in növbəti aksiyasi baş tutub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.

Məlumata görə, aksiyanın 13-cü həftəsində etirazçılardan birinin əli qopub və çox sayda insan yaralanıb.

***

Hollandiyada "sarı jiletlilər" 11-ci dəfə hökumətə etiraz edib.

Sosial mediada edilən çağırışlardan sonra etirazçılar Amsterdam, Haaqa və Rotterdam da daxil olmaqla, müxtəlif şəhərlərdə toplaşıb.

Sağçıların üstünlük təşkil etdiyi aksiyalarda etirazçılar Hollandiya Baş naziri Mark Rutteni və hökumət üzvlərinə etirazlarını bildiriblər.

***

Fransada “Sarı jiletlər” etiraz aksiyasının 13-cü aktında polis və nümayişçilər arasında ciddi qarşıdurma olub.

Parisdə Milli Assambleyanın qarşısında polislə qarşıdurma zamanı nümayişçilər dağıdılsa da, onlar yenidən Yelisey prospektinə gəliblər.

Ölkə üzrə etiraz aksiyalarında da polislə ciddi qarşıdurma qeydə alınıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Bordo, Lion və digər şəhərlərdə polislə qarşıdurma davam edir.

Axşam saat 17:00-a qədər polis tərəfindən 17 nəfər saxlanılıb. Ölkə üzrə nümayişçilərin sayının günorta saatlarında 12 mindən çox olduğu bildirilir.

***

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, etiraz aksiyasının 13-cü aktında 54 min, “sarı jiletlər”in hesablamasına görə isə 110 min aksiyaçı olub.

Parisdə 31 nümayişçi dindirilib, onlardan 21-i saxlanılıb.

Parisdə Milli Assambleyanın qarşısında polislə qarşıdurma zamanı vitrinlər sındırılıb, maşınlar yandırılıb.

Ölkə üzrə bütün etiraz aksiyalarında polislə ciddi qarşıdurma olub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Tarix
2019.02.10 / 01:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla