Yuxarı

Çin III Dünya müharibəsinə hazırlaşır - Senator

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə görünür ki, siz (Çin nəzərdə tutulur) III Dünya müharibəsinə hazırlaşırsınız.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bunu respublikaçı senator Ceyms İnhof Senatda çıxışı zamanı deyib. Çin və Rusiya ilə bağlı dinləmələr zamanı senator söyləyib:

“Siz bizim müttəfiqlərlə danışıqlar aparırsınız. Bilmək istəyirsiz ki, III Dünya müharibəsi olsa, onlar kimin tərəfini tutacaqlar”.

Senator bildirib ki, rəsmi Pekin Cənubi Çin dənizində süni adalar yaratdı ki, lazım bildikdə oraya öz hərbi birləşmələrini yerləşdirsin. ABŞ isə bu prosesi, sadəcə, müşahidə etməklə kifayətləndi.

Çin Prezidenti Si Szinpin isə hərbçilərə ilk müraciətində açıq şəkildə dedi ki, bütün hərbi birləşmələr milli təhlükəsizliyin önəmini dərindən dərk etməli və döyüşə hər an hazır olmalıdır.

Ötən il istefa verən general Ben Hoces isə xəbərdarlıq edir ki, yaxın 15 ildə ABŞ ilə Çin arasında müharibənin olması ehtimalı çox yüksəkdir. Amerika Çin təhlükəsini Avropa və Sakit okeanda neytrallaşdırmaq üçün kifayət qədər gücə malik deyil.

Siyasi analitiklər də xatırladır ki, ABŞ-ın ölkə xaricində 800, Çinin isə yalnız 1 hərbi bazası var. Çinin hərbi bazası Cibutidə yerləşir.

ABŞ NATO-nu Rusiya sərhədlərinə qədər genişləndirib. İran, Şimali Koreya, Venesuelanı ciddi çətinliklərlə üz-üzə qoyub. Bu ölkələrin isə Çinlə isti münasibətləri var. Amerika Çinə münasibətdə daha sərt mövqedə olmalıdır. Məsələn, rəsmi Pekinin yeritdiyi “Vahid Çin” siyasətinə qarşı çıxmalıdır. Bu siyasətə görə Çin Tayvanı özünün bir parçasına çevirmək istəyir.

Tarix
2019.02.10 / 18:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla