Yuxarı

ABŞ və İsrail İrandan məşhur alimi qaçırdı – Məxfi əməliyyat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və İsrail İrandan məşhur alimi qaçırdı – Məxfi əməliyyat

Britaniya, ABŞ və İsrail xüsusi xidmət orqanları 2018-ci ilin sonunda İrana qarşı birgə əməliyyat təşkil edib. Əməliyyat nəticəsində İrandan 47 yaşlı nüvə fiziki ABŞ-a qaçırılıb.

Axar.az xəbər verir ki, bu məlumatı Britaniyanın “Sandey Ekspres” qəzeti yayıb. Məlumata görə, Qərbə məxfi şəkildə aparılan fizikin təkcə Tehranın nüvə proqramı haqqında informasiyaya sahib deyil, həm də İranın məşhur nüvə fiziki Mustafa Əhməd Roşanın ölümünün təşkilində də iştirak edib. Belə ki, dekabr ayında MOSSAD agenti alimi İrandan çıxararaq, onu miqrantlar qrupu daxilində gizlədib və bundan sonra xüsusi xidmət orqanları onu La-Manşdan qeyri-leqal miqrantlarla birgə Britaniyaya gətirməyi bacarıb. Britaniya və ABŞ kəşfiyyat xidməti orqanları əməkdaşlarının alimlə apardıqları söhbət zamanı İranın nüvə razılaşmasına hələlik əməl etdiyi aydınlaşıb. Alim həmçinin Qum şəhərindən 240 kilometr məsafədə təkcə enerji yox, həm də atom döyüş başlıqları istehsal etmək gücündə olan 2 nüvə müəssisəsi olduğunu da deyib.

Tarix
2019.02.11 / 15:05
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla