Yuxarı

ABŞ Soyuq müharibə proqramını bərpa edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Soyuq müharibə proqramını bərpa edir

ABŞ Müdafiə Nazirliyinin Perspektiv Araşdırma Layihələri İdarəsi (DAPRA) ilk dəfə Soyuq müharibə illərində yaranmış Avropada Rusiyanın qarşısının alınması proqramını bərpa etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Aviation Veek” portalı yazıb.

Yeni konsepsiya ağıllı və yüksək dəqiqliyə malik silahların yaradılması ilə bağlı “Assault Breaker” proqramının inkişafının davam etdirilməsini nəzərdə tutur.

Soyuq müharibə illərində əsası qoyulan bu proqramda yaradılması nəzərdə tutulmuş silahların Qırmızı ordunun Avropaya hücumu zamanı tank və mexaniki birləşmələrin dayandırılması, hədəfi müstəqil şəkildə müəyyən edərək, texnikanı məhv edən aviasiya sistemləri və bombaların isə sovet ordusunun hərbi kontingent baxımından üstünlüyünün qarşısının alınması üçün istifadə edilməsi planlaşdırılıb. Həmin vaxt bu tapşırığın icrası üçün E-8C JSTARS təyyərələri seçilib.

Bu təyyarələr proqramın yenilənmiş variantında da düşməni müəyyən edən aviasiya kimi təqdim olunub. Düşmənin müəyyən edilməsindən sonra isə B-52H bombardmançı təyyarələri rəqibin zirehli texnikasına zərbə vurmalıdır. Tapşırığın icrası zamanı tankları hədəfə çevirmək üçün hərbi sursatın infraqırmızı sensorlarla təchiz olunması zəruri şərt kimi göstərilib.

Qeyd edək ki, proqram hədəfin məhvi üçün 50 faizlik imkan yaradır. Hər bir bombardmançının göyərtəsində 20 raketin olması planlaşdırılır.

“Assault Breaker” proqramının bərpası Rusiya və Çinin hərbi sferadakı uğurları ilə əlaqələndirilir.

Tarix
2019.03.06 / 12:19
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

Ceyhun Bayramov Rubio ilə telefon danışığı apardı

İlham Əliyevin aldığı mükafat kimlərə verilib?

Fransadan Bakının ermənilərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla