Yuxarı

3 növdə Putin: Acı, normal, şirin - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan şokoladlar hazırlanıb.

Axar.az xəbər verir ki, sürpriz şokoladlar öncə Novosibirsk şəhərində satışa çıxarılıb. Daha sonra şokoladın adı bütün Rusiyaya yayılaraq Sankt-Peterburq, Barnaul və Yekaterinburqda satışa qoyulub.

Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, "Prezident. Yaxşı qəlbli insan" adlı şokoladlar Sankt-Peterburqda yerləşən "Shokobosk" şirniyyat fabrikində istehsal olunub.

Şirkətin internet səhifəsində yer alan məlumatlarda bu şokoladları alan insanların ölkə iqtisadiyyatına böyük dəstək verəcəyi qeyd olunur.

Putin şokoladlarının qiyməti 150-200 rubl, yəni 2,5-3,30 AZN arasında dəyişir. Şokoladlar 3 növdə istehsal olunur: Acı, normal, şirin.

Xatırladaq ki, Putinin Mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl verdiyi açıqlamada dövlət başçısının öz adının ticariləşməsini qəbul etmədiyini açıqlamışdı: "Putin özü də İTAR-TASS-a verdiyi son müsahibəsində bunu bir daha göstərdi. Ancaq istehsalçılar Putinin əksi olan köynək, çanta və şokolad istehsalını davam etdirir".

Tarix
2014.11.26 / 00:32
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla