Yuxarı

ABŞ-dan surpriz Əl Qaidə qərarı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 sentyabr hadisələrindən sonra ABŞ tərəfindən qara siyahıya salınan Səudiyyə Ərəbistanı vətəndaşı Yasin Əl Qadi 13 il sonra bu siyahıdan çıxarılıb.

Axar.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi 11 sentyabr hücumlarıyla əlaqəli olduğu şübhəsilə 2001-ci ildə qara siyahıya saldığı 59 yaşlı Qadinin heç bir sübut olmadığına görə bu siyahıdan çıxarıldığını açıqlayıb.
Türkiyənin "Hürriyyət" qəzetinə açıqlama verən nazirlik Yasin Əl Qadinin 2012-ci ilin dekabrında müraciəti əsasında istintaq başlandığını, lakin heç bir dəlil tapılmadığını bildirib.

Xatırladaq ki, Yasin Əl Qadi 11 sentyabr hadisələrindən sonra ABŞ-ın dünyanın dörd tərəfində axtardığı şəxslərdən biridir.

Adı Əl Qaidəyə aktiv yardım edən iş adamları arasında hallanan Yasin Əl Qadi 1955-ci ildə Qahirədə doğulub. Səudiyyə Ərəbistanı vətəndaşı və iş adamı olan Qadi 11 sentyabr hadisələrindən sonra Buş Administrasiyası tərəfindən 12 oktyabr 2001-ci ildə terrora dəstək verdiyi bildirilərək axtarışa verilmişdi.

Beş gün sonra, 17 oktyabr 2001-ci ildə BMT Təhlükəsizlik Şurası, iki gün sonra isə Avropa Birliyi Əl Qadini qara siyahıya salmışdı. Ancaq bu qərarların ardından səudiyyəli iş adamı vəkilləri vasitəsi ilə uzun sürən hüquqi müstəvidə mübarizə apararaq öncə 2010-cu ildə Avropa Birliyinin, daha sonra 2012-ci ildə BMT-nin qara siyahısından çıxmağı bacarmışdı.

Tarix
2014.11.26 / 23:36
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla