Yuxarı

Bu özəl klinikada nöqsanlar... - Nazirlik hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi "Sefa Medical Group"da nöqsanlar aşkarlayıb.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirliyin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl klinikada yoxlama aparılıb.

Yoxlama zamanı sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulduğu, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı aşkarlanıb.

Buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib olunub.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Protokol hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin baxış iclası mayın 14-nə təyin edilib.

Əgər məhkəmə iddianı təmin edərsə, "Sefa Medical Group"u 8 000 manatadək cərimə gözləyir.

Klinikanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Tarix
2024.05.06 / 12:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Latviya parlamentinin sədri Füzuliyə getdi

İlham Əliyevin Rəisi ilə görüşü başladı

Baqrat namizəd olur: indi də Qareginlə keşişi “xərcləyirlər”

Əliyevin inanılmaz planı: 8 il öncə Ordumuz üçün "dəhliz"...

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla