Yuxarı

Trampla bağlı bu araşdırma utancvericidir - Rusiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın seçki zamanı Rusiya xüsusi xidmət orqanları ilə gizli əlaqəsi barədə hər hansı dəlil tapılmaması gözlənilən nəticə idi.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik bildirib ki, Vaşinqton nəticəni rəsmi olaraq qəbul etməlidir:

“Qəribə olan bunun üçün 19 vəkil, 40 FTB agenti, mütəxəssis kriminoloq və başqa vəzifəlilərin 2 il çalışıb, 2800-dən çox çağırış və 500 axtarış əmri verməsi, həmçinin 500-ə qədər şahidə suallar ünvanlamasıdır”.

Uydurma xəbər üçün külli miqdarda vəsait xərcləndiyini bildirən nazirlik ilk gündən bəri bu məlumatı rəsmi Moskvanın saxta adlandırdığını qeyd edib:

“İstintaq qrupunun uğursuz performansını haqlı çıxarmaq üçün ötən il 25 Rusiya vətəndaşına ittiham irəli sürülməsi ABŞ ədalət sistemi üçün utancvericidir. Moskva seçkilərə müdaxilə iddiaları ilə bağlı peşəkar danışıqlar təklif etdi, lakin təkliflərə cavab verilmədi. İddiaların ardından kibertəhlükəsizlik üçün yenidən işçi qrupunun qurulmasını təklifi etdik, ancaq ABŞ bundan imtina etdi”.

Qeyd edək ki, xüsusi prokuror Müller Trampın seçki zamanı Rusiya xüsusi xidmət orqanları ilə gizli əlaqəsi barədə hər hansı dəlil tapılmadığını bildirib.

Tarix
2019.03.26 / 17:28
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla