Yuxarı

Rusiya erməniləri savaşa hazırlayır: Qırıcılar havaya qaldırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baqramyan poliqonunda Ermənistan-Rusiya batalyon taktiki təliminin hərbi fazası çox yüksək səviyyədə keçirilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı aviabazasının komandiri Aleksandr Petrov deyib. O, qırıcıların pilotlarının hava məkanının mühafizəsi ilə bağlı manevrlər həyata keçirdiklərini, baza ərazisinə zərbə endirmək istəyən şərti düşmənlə hava döyüşünə girdiklərini bildirib.

Petrov belə manevrların icrasında əsas məqsədin MiQ-29-un bu kimi tapşırıqların icrasında imkanlarını nümayiş etdirmək olduğunu deyib. Bundan başqa, təlimə Mi-8 və Mi-24 vertolyotları da cəlb edilib. Onlar yerüstü hədəflərə zərbə endirib.

Qeyd edək ki, aprelin 4-də Rusiya-Ermənistan hərbi təliminə start verilib. Təlimə ümumilikdə 2 min hərbçi və 300 hərbi texnika cəlb edilib. 102-ci bazanın rəhbəri Vladimir Yelkanov və Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmalarının komandanı Tiqran Pərvanyanın rəhbərlik etdiyi təlimin aprelin 14-nə qədər davam etməsi nəzərdə tutulub.

Tarix
2019.04.12 / 17:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla