Yuxarı

Qəzza zolağında növbəti toqquşma: 46 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza sektorunun şərq sərhədlərində İsrail ordusu ilə fələstinli nümayişçilər arasında sərt toqquşmalar yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi informasiya yayıb.

Məlumata görə, qarşıdurmalar zamanı 46 fələstinli yaralanıb. Yaralananlar arasında 5 təcili tibbi yardım əməkdaşı, 4 jurnalist, həmçinin başından yaralanan az yaşlı da olub. Azyaşlının vəziyyəti ağır olaraq qiymətləndirilir. İnsanların çoxu gözyaşardıcı qazdan istifadə nəticəsində boğulduqları üçün xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, Qəzza sektorunda 2018-ci ilin 30 martından etibarən ən azı həftədə bir dəfə fələstinlilərin dinc aksiyaları keçirilir. Hesablamalara görə, bir il ərzində aksiyalar zamanı İsrail ordusu ilə yaranan qarşıdurmalarda 250 fələstinli həlak olub, 20 minə yaxın insan yaralanıb.

Tarix
2019.04.20 / 00:58
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla