Yuxarı

İran hakerləri 16 ölkənin məxfi materiallarını ələ keçirib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hakerləri Türkiyənin də daxil olduğu 16 ölkənin dövlət sirlərini ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə mərkəzi ABŞ-da yerləşən "Cylance" kiber təhlükəsizlik şirkəti məlumat verib.
Məlumatda bildirilir ki, paytaxt Tehranda hərəkətə keçən hakerlər son 2 ildə Türkiyə də daxil olmaqla 16 ölkənin dövlət əhəmiyyətli sənədlərini ələ keçirilməsi ilə məşğuldur.

"Satır əməliyyatı" adı verilən rəqəmsal casusluq prosesində ABŞ, İngiltərə, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İsrail, Küveyt, Meksika, Pakistan, Qatar, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri hədəf alınıb.

"Milliyyət"də yer alan xəbərlərə görə, 2012-ci ildən bəri davam edən "Satır əməliyyatı"nda adı çəkilən ölkələrin hökumət təşkilatları və mühüm infrastruktur şirkətlərinin məlumat şəbəkəsinə sızılıb. Böyük qismi Tehranda, qalanları Hollandiya, Kanada və İngiltərədə fəaliyyət göstərən kompüter piratları mühüm dövlət əhəmiyyətli sirləri ələ keçirib.

İranın kiber hücumunun daha öncə görülməmiş səviyyəyə çatdığını bildirən "Cylance" hesabatında İranın dünya ölkələrini kiber müharibəyə sövq etdiyini deyib: "İranın kiber müharibə bacarığı getdikcə artır. Onların hücumları "Stuxnet" virusunun fəaliyyəti ilə bağlıdır".

Xatırladaq ki, ABŞ və ya İsrailə aid olduğu deyilən "Stuxnet" virusu İranın nüvə proqramına ciddi zərər vurmuşdu.

Tarix
2014.12.05 / 18:33
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla