Yuxarı

Ərdoğan ermənilərə müraciət etdi: Ölən ermənilərə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarxı Aram Atəşyana məktub göndərib.

Axar.az xəbər verir ki, Ərdoğan məktubunda Türkiyə ermənilərinin mərhum patriarxı Mesrop Mutafyanın ölümünə görə Aram Atəşyana başsağlığı verib.

“Birinci Dünya Savaşının çətin şərtləri içində həyatını itirən Osmanlı ermənilərini bu ildə ehtiramla xatırlayır, nəvələrinə səmimi qəlbdən başsağlığı diləyirəm. Hər imperatorluğun dağılma müddətində olduğu kimi, Osmanlı imperatorluğunun son dönəmində də sərhədləri daxilində və qonşu coğrafiyalarda böyük insani böhranlar yaşanıb. Yoluxucu xəstəliklər, köçlər, dövlətin avtoritetinin zəifləməsi nəticəsində artan silahlı qrupların öncüllüyü sayəsində həyatını itirdiyimiz Osmanlı vətəndaşlarına Allahdan rəhmət diləyirəm. Erməni cəmiyyəti həm Osmanlı imperatorluğu, həm də cümhuriyyətimizin yüz ilə yaxınlaşan keçmişində çox qiymətli övladlar yetişdirərək, ölkəmizə böyük faydalar vermişlər. Tarix boyunca sevincdə və kədərdə iki xalqın keçmişin yaralarını sağaltması və əlaqələrini gücləndirməsi hamımızın ortaq məqsədidir. Biz kədərinizin azaldılması və problemlərinizin həll edilməsində yanınızda olmağa davam edəcəyik. Bunun altından xüsusilə xətt çəkərək qeyd etmək istəyirəm ki, ölkəmizdəki erməni camaatının hüzuru, təhlükəsizliyi və xoşbəxtliyi bizim üçün çox özəl bir önəmə sahibdir. Bir erməni vətəndaşımızın yadlaşdırılmasına, təcrid edilməsinə meydan verənlər bizi qarşılarında görəcəklər. Ortaq gələcəyin inşa edilməsinin yolunun bir və bərabər olmaqdan keçdiyinə inanıram. Bunun sayəsində ortaq keçmişimizi saxtalaşdıraraq kin, nifrət yaratmağa cəhd edən çevrələrə fürsət verməmənizi diləyirəm”, – Ərdoğan məktubda bildirib.

Tarix
2019.04.24 / 17:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla