Yuxarı

İran ABŞ jurnalistini həbsdən buraxmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ABŞ jurnalistini həbsdən buraxmadı

İran "Vaşinqton Post" ("The Washington Post") qəzetinin Tehran müxbirini yenə də həbsdə saxlayıb.

Musavat.com-un məlumatına görə, "Vaşinqton Post" qəzetinin İran üzrə müxbiri 4 ay öncə həbs olunub. Şənbə günü isə o, məhkəm qarşısına çıxarılıb.

Agentlik bildirir ki, ikili vətəndaşlığı olan Cason Rezayian 2012-ci ildən Tehranda "Vaşinqton Post" qəzetinin büro rəhbəri kimi fəaliyyət göstərib.

Qəzetin icraçı direktoru Martin Baron deyib ki, Cason Rezayianın həbsinin səbəbi qeyri-müəyyən olaraq qalır. O, iyulun 22-də həbs olunub. Bu həftənin əvvəlində isə İran rəsmiləri bildirdilər ki, onlar Cason Rezayianın həbsini yenidən uzatmalı olcaqlar. Çünki istintaqın əlavə vaxta ehtiyacı var.

Cason Rezayianın ailəsi ona vəkil tutsa da, vəkilin jurnalistlə görüşünə imkan verilməyib.

"İran hökuməti heç vaxt izah etməyib ki, Cason Rezayian niyə həbs olunub. Üstəlik, ona öz vəkili ilə görüşməyə də imkan vermirlər. Ona qarşı irəli sürüləcək hər hansı ittihamı biz bəri başdan əsasız hesab edirik", - cənab Baron deyib.

Cason Rezayianın ailəsi bildirib ki, o, bir neçə xəstəlikdən əziyyət çəkir. Onu Tehranda sərtliyi ilə ad çıxarmış Evin həbsxanasında saxlayırlar. Dövlət Departamenti İranla nüvə danışıqları zamanı dəfələrlə Cason Rezayianın məsələsini qaldırıb. Ancaq o, hələ də həbsdədir. Nə üçün həbs olunduğu da bəlli deyil.

Tarix
2014.12.07 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla