Yuxarı

Prezidentin qızı və kürəkəni haqda - Cinayət dosyesi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prokurorluğu prezident qızının başçılıq etdiyi mütəşəkkil cinayətkar qrup üzvlərinə ayrıca icraat üzrə cinayət işi açıb. Prokurorluq onların barəsində axtarış elan edib.

Axar.az-ın məlumatına görə, prezidentin qızı Gülnarə Kərimovanın silahdaşları barəsində cinayət işi üzrə ibtidai istintaqın bəzi təfərrüatı açıqlanıb.

Mütəşəkkil dəstənin üzvləri 2011-2013-ci illər ərzində sahibkarlığın aparılması adı altında təsərrüfat fəaliyyəti sahəsində sistemli əsasla cinayət törədərək, hədə-qorxu və şantaj yolu ilə, sənədlərin saxtalaşdırılması ilə dövlətə külli miqdarda ziyan vurublar.

İstintaqın məlumatına görə, cinayətkar qrup dövlət aktivlərini ucuz qiymətə alıb. Nəticədə "Uzbekiston Havo" aviaşirkətinin, "Coca-Cola Ichimligi Uzbekiston Ltd" birgə müəssisəsinin və "Fərqanə NEZ"-in aktivləri talan edilərək mənimsənilib. Dəyən ziyan təxminən 200 milyon dollar məbləğində qiymətləndirilib.

Cinayətkar qrupun ümumi koordinasiyası Nurməhəmməd Karaboyev və Rüstəm Маdumarov tərəfindən həyata keçirilib. Madumarov Kərimova ilə vətəndaş nikahındadır. Prezidentin qızı isə ev dustağıdır.

Tarix
2014.12.10 / 00:32
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla