Yuxarı

Türkiyə PKK-nın Qara dəniz düşərgəsini ələ keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində PKK-nın Qara dəniz üzrə düşərgəsi ələ keçirilib. Bildirilir ki, terrorçu təşkilatın aparıcı şəxsləri bu vaxtadək Qara dəniz üzrə terror aktlarını bu qərargahda planlaşdırıblar. Həmin aktlar nəticəsində son beş ildə 11 hərbçi və 1 mülki şəxs terror qurbanı olub. Bu müddətdə təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri antiterror əməliyyatları nəticəsində 15 terrorçu məhv edilib, 6-sı tutulub, 3-ü təslim olub. Terrorçulardan 9-u Daxili İşlər Nazirliyi tərəfindən axtarılıb.

Son günlər Bitlis vilayətinin Tatvan rayonunda keçirilən antiterror əməliyyatlarında isə 6 terrorçu məhv edilib.

Ən son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Hakurk bölgəsindəki PKK düşərgələrinə növbəti dəfə zərbə endiriblər.

Tarix
2019.05.25 / 21:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla