Yuxarı

AB nümayəndəsi Ərdoğana cavab verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB nümayəndəsi Ərdoğana cavab verdi

Avropa Birliyinin Xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AB haqda dediyi sözlərə çox təəccübləndiyini deyib.

Axar.az-ın məlumatına görə, AB xarici işlər nazirləri toplantısının ardından mətbuat nümayəndələrinin suallarını cavablandıran Moqerini Ərdoğanın AB-yə qarşı dediyi sözləri şərh edib:

"Prezident Ərdoğanın reaksiyasını gördüm və təəccübləndim. Çünki keçən həftə etdiyimiz səfərdə Ərdoğan və Baş nazir Əhməd Davutoğlu ilə qarşıda duran məsələlərlə bağlı müzakirə etdik. Türkiyə və AB arasında yeni bir başlanğıc yaranması mövzusunda razılığa gəlmişdik".

Türkiyəni AB yolunda iqtisadi mənfəətlərdən daha çox, demokratiya və qanunun aliliyi baxımından dəyərləndirdiklərini deyən xanım Moqerini AB-nin də Türkiyə ilə bağlı planlarında dəyişiklik olduğunu deyib:
"Biz Türkiyənin AB yolunu daha çox iqtisadi mənfəətlərlə deyil, demokratiya və qanunun aliliyi başda olmaqla dəyərlər və prinsiplər cəhətdən qiymətləndirirdik. İnandığım o idi ki, bu, ilk növbədə Türkiyənin xeyrinədir. Onlar bizim tərəfdədir. Brüsseldə yeni bir başlanğıc ola bilərdi. Əks halda 2 komissar ilə birgə bu qədər yüksək səviyyədə danışıqlar baş tutmazdı. Hazırda düşündüyümüz tək şey Türkiyə hökuməti ilə AB yolunda ardıcıl və uyğun şəkildə çalışmaqdır. Biz buna hazırıq".

Xatırladaq ki, Prezident Ərdoğan AB-nin ölkədə jurnalistlərin kütləvi həbsini tənqid edən bəyanatına sərt münasibət bildirib:

"AB öz işləri ilə məşğul olmalı və fikrini özünə saxlamalıdır".

Tarix
2014.12.16 / 00:19
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

Hörmüz bağlandı – Tramp dərhal hərəkətə keçdi

Kobaxidzedən Paşinyana: Bakı ilə əlaqələr...

İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycan buna görə dünyada birinci yerdədir

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla