Yuxarı

Ərdoğan təhlükəli mövzuda danışanda deyirəm ki... - Borisov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstan Baş naziri Boyko Borisov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təhlükəli məsələlərdən söz açanda ona nə dediyindən bəhs edib.

Axar.az xəbər verir ki, Sarayevoda Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi təşkilatının toplantısına qatılan Borisov keçirdiyi mətbuat konfransında Ərdoğan barədə bunları qeyd edib:

"Ərdoğan hər hansı təhlükəli məsələdən danışmağa başlayanda ona "Heç vaxt, heç vaxt, ehtiyac yoxdur" deyirəm. Bilirsiniz, dindir, bütün məscidlərin təmiridir - bunlar sevdiyi mövzulardır. Gəlin gözləyək, indi hər şey qaydasındadır. Lazım olduğu qədər inkişaf edək və inşa edək".

Borisov Ərdoğanla iki ölkə arasında ticarətin həcmini artırmaq barədə razılaşdıqlarını vurğulayıb:

"Türklər çox xoş, diqqətli, nəzakətli insanlardır. Bütün əmtəələri Bolqarıstandan keçdiyinə görə ölkəmiz onlar üçün çox əhəmiyyətlidir və bizi sevirlər. Hazırda aramızdakı ticarət həcmi 5.1 milyard dollara çatır və biz Ərdoğan ilə bunu 10 milyard dollara qədər artırmaq məsələsində razılaşdıq".

Tarix
2019.07.10 / 08:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla