Yuxarı

Planetin ən böyük aysberqi Antarktikadan ayrıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

A68 adlanan planetin ən böyük aysberqi Antarktikadan ayrılıb.

Axar.az BBC telekanalının saytına istinadla xəbər verir ki, sahəsi 6 min kvadrat kilometr olan bu nəhəng buz adasının Ağ qitədən qopması ekoloji problemlərlə bağlıdır. Aysberqin iki il davam edən hərəkəti ABŞ-ın peykləri tərəfindən mütəmadi olaraq qeydə alınıb.

Peykin göndərdiyi videomaterialda aysberqin Ueddel dənizində fırlandığı və onun Antarktikanın yarımadasına doğru hərəkət etdiyi görünür. Ən nəhəng buz dağının çəkisi trilyon tondur, onun sahəsi isə dörd London və altı Moskva ərazisindən çoxdur.

Alimlər bildirirlər ki, aysberq yaxın vaxtlarda çox da uzağa üzə bilməyəcək. Lakin zamanla küləklər onu dəniz marşrutlarının keçdiyi yollara apara bilər ki, bu da çox təhlükəlidir. Digər mütəxəssislər isə aysberqlərin yaranması prosesinin hər 20 ildə bir baş verdiyini və bunun ətraf mühit üçün təhlükəli olmadığını bildirirlər. Onların sözlərinə görə, Antarktidanın materik hissəsində buz kütləsi yığılır və bir müddət sonra qoparaq dənizə yol alır.

Tarix
2019.07.11 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla