Yuxarı

Lavrov: “Brüssel və Vaşinqtondan fısıldayanlar…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qərb ölkələrinin şərqdə geosiyasi işğal siyasətinin beynəlxalq sabitliyi pozduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, "İnterfaks"a açıqlamasında Lavrov Rusiyanın Qərb ölkələri ilə qarşı-qarşıya gəlmək kimi bir planı olmadığını bildirib:

"Qərb ölkələri bərabər şərtlərlə bütün Avro-Atlantik bölgədə təhlükəsizliyin meydana gəlməsini rədd edir. Onların şərqdə geosiyasi işğalı, ölkələri dost-düşmən olaraq bölmələri beynəlxalq cəmiyyətdə qeyri-sabit vəziyyət yaradır".

Rusiya Qərblə üz-üzə gəlmək istəmir

Kiyevdə reallaşan inqilabın ABŞ və Avropa ölkələri tərəfindən dəstəkləndiyini deyən Lavrov qeyri-qanuni şəkildə Qərbin Rusiyaya qarşı sanksiya tətbiq etdiyini təkrarlayıb:

"Dünya siyasətində mürəkkəb vəziyyət yaranıb. Bunun səbəbkarı Qərbdir. "Soyuq müharibə" dövründən bəri "Tarixi Qərb" nəyin bahasına olursa olsun, qlobal hadisələrdə təsirli olmaq üçün çoxqütblü dünya sisteminə qarşı çıxır. Moskva Qərblə üz-üzə gəlmək istəmir. Qərb ölkələrinin düşmən addımlarına qarşı biz hələ primitiv şəkildə qarşıdurma içində olmaqdan kənarda qalmaq istəməməklə cavab veririk. Ümid edirəm ki, Qərb ilə mənfi istiqamətdə inkişaf edən əlaqələrin öhdəsindən gəlirik".

Ukrayna böhranı 2015-ci ilə həll olunacaq

Ukrayna böhranının 2015-ci ildə həll olunma ehtimalına toxunan Rusiyanın baş diplomatı deyib ki, sön söz Kiyevindir:

"2015-ci ilə Ukrayna böhranı həll edilə bilər. Ancaq Kiyev rəhbərliyi və Şərqi Ukrayna xarici təsirlərdən uzaq olmalıdır. Bunun üçün razılıq lazımdır. Tragik hadisələrin öhdəsindən gəlmək üçün mənfəətlərin tarazlanması və bütün bölgələrdə bərabər əlaqələrin qurulması vacibdir. Burada Ukrayna xalqı öz daxilində razılaşdığı zaman böhran sona çatacaq. Brüssel və Vaşinqtondan fısıldayanlar isə olmamalıdır".

ABŞ Rusiya əleyhinə cəbhədə uğursuz oldu

"ABŞ Rusiya əleyhinə cəbhə yaratmaq istədi. Amma bu müvəffəqiyyətsiz oldu. Rusiya bir çox ölkə ilə bərabər şərtlərdə, qarşılıqlı hörmət prinsipi çərçivəsində əlaqələri inkişaf etdirir".

Tarix
2014.12.29 / 16:44
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla