Yuxarı

Yəhudilərdən müsəlmanlara gözlənilməz jest

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyanın Kraystçerç şəhərində dörd ay əvvəl iki məsciddə törədilmiş terror aktlarında 51 müsəlman həyatını itirmişdi. Dinlərarası həmrəylik nümayiş etdirən dünyadakı yəhudi icmaları bu vəhşi insidentin qurbanlarının ailələrinə və sağ qalanlara yardım üçün aksiya keçiriblər.

Axar.az xəbər verir ki, ABŞ, Kanada, Sidney və Yeni Zelandiyanın yəhudi icmaları aksiya çərçivəsində toplanan 1 milyon dolları Kraystçerç Şəhər Şurasına təhvil veriblər. Yəhudi icmalarının bəyanatında bildirilir ki, Pittsburq şəhərindəki sinaqoqa, Kvebek şəhərindəki məscidə, Çarlstoundakı kilsəyə və Kraystçerçdə məscidlərə edilən silahlı hücumlar bütün insanlığa qarşı törədilmiş ağır cinayət əməlləridir.

Yəhudi və müsəlman liderlər birlikdə Kraystçerç sinaqoqunda və terror aktı törədilmiş məscidlərdə olublar. Şəhər Şurasının nümayəndəsi Pol Devoll yəhudi icmalarının yardımını nəcib addım adlandırıb. Onun sözlərinə görə, müxtəlif dinlərin təmsilçiləri arasında bu cür həmrəylik nümunələri insanların bir-birinə yaxınlaşmasına kömək edir.

Yeni Zelandiya müsəlmanlarının rəhbəri Şeyx İbrar vurğulayıb ki, yəhudi icmalarının dəstəyi çox güclü mənəvi addımdır. O əlavə edib: “Yəhudi qardaş və bacılarımızın bu faciəni bizimlə birgə yaşaması, onların göstərdikləri dəstək müsəlmanlar üçün çox mühümdür”.

Tarix
2019.07.17 / 19:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla