Yuxarı

Türk diplomatlarına hücumun arxasında kim dayanır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Pəncə” əməliyyatı ilə Qəndildən başlayıb Menbiçə qədər uzanan terror koridorunu parçaladığı, digər terror düşərgələrinə əməliyyat hazırladığı, İraqla yaxınlaşmanın artdığı bir vaxtda Ərbildə “mesaj”larla dolu bir hücum təşkil edildi. İraqın şimalında yerləşən Ərbildəki restoranlardan birində yemək yeyən türk konsulluq əməkdaşları silahlı hücuma məruz qaldı. Diplomatları güllələyən 3 terrorçu konsulluğun əməkdaşı Osman Köseni şəhid etdi.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Akit” nəşri yazıb.

“Hücum saat 14:10 radələrində yaşandı. İddialara görə, 2 konsulluq əməkdaşı Ərbilin ən təhlükəsiz yerlərindən sayılan Ankavada yerləşən və türklərin tez-tez ziyarət etdiyi “Huqqabaz” adlı restorana daxil olub. Onların ardınca restorana girən 3 terrorçu türk diplomatlarına və yan masada əyləşənlərə atəş açıb. Qatillər hadisə yerindən onları gözləyən maşına minərək qaçmağa müvəffəq olub.

Hücumdan dərhal sonra bölgədəki təhlükəsizlik kameraları nəzarətə götürülüb. Ərbilin bütün giriş-çıxışları bağlanıb. Hücumun arxasında PKK-nın ola biləcəyi şübhəsi ilə Ərbilə təxminən 100 kilometr məsafədə yerləşən “Mahmur” düşərgəsinə gedən yollar da bağlanıb.

Ankara-Bağdad-Ərbil arasında rezonans doğuran hücumun əsas şübhəlisi PKK və dəstəkçisi ABŞ-dır. Məlumata görə, hələ hücuma qədər Şimali İraqdakı türklərə PKK hücumlarına qarşı xəbərdarlıq edilib”, - nəşr qeyd edib.

Tarix
2019.07.18 / 13:36
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla