Yuxarı

Ermənistanda balıqların kütləvi qırğını: Kürə təhlükə artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda sənaye çirkab sularının birbaşa çaylara axıdılması səbəbindən balıqların kütləvi ölümü başlayıb.

Axar.az fotojurnalist Qagik Şamşyanın bloquna istinadən xəbər verir ki, Stepanavan əhalisi şəhərlərinin yanından axan Dzoraqet çayının sularında ölü balıqlar aşkarlayıblar. Şamşyanın dediyinə görə, bu hal artıq bir neçə gündür davam edir.

Yerli əhalinin sözlərinə görə, baş verənlər Armani administrativ rayonundakı qızıl mədənlərindən birbaşa çaylara çirkab suların axıdılması ucbatından baş verir. Bununla belə mədənin sahibləri daimi olaraq vergilərdən, ərazinin icarəsini ödəməkdən və işçilərin maaşlarını verməkdən yayınırlar.

Azərbaycanın hidrosistemi üçün Dzoraqet sularına atılan kimyəvi reagentlər böyük təhlükə kəsb edirlər. Qızıl hasilatı üçün tələb edilən kimyəvi reagentlərin tərkibində natrium sianid, kalsium hipoxlorit, kükürd turşusu, potasyum ksantat, xlorid turşusu, xlor, mis sulfat, dəmir sulfat və s. üstünlük təşkil edir. Qızılın qələviləşdirilməsi üçün Ermənistanda istifadə edilən digər metodlar da əlavə təhdid kəsb edir. Kütləvi şəkildə sianidin istifadəsi, texnogen qəzalar zamanı bütün canlıların – birhüceyrəlilərdən insanlara qədər hər şeyin məhvinə gətirib çıxarır. Ermənistanın qızıl hasilatçıları sianiddən daha az təhlükəli olan reagentlərin istifadəsinə faydasız olması ucbatından yox, məhz bu reagentlərin qiymətlərinin baha olması ucbatından getmirlər.

Kimyəvi tullantılarla çirkləndirilən Dzoraqet çayı gürcülərin Debed adlandırdığı çaya tökülür ki, o da Xəzər dənizinə qədər uzanan Kür çayının qolu sayılır. Sianidin hətta ən kiçik həcmdə belə bütün növ bioloji həyat formaları üçün həddən artıq ölümcül olduğunu nəzərə alsaq, o zaman Xəzər dənizi, eləcə də Azərbaycan, Ermənistan, Gürcüstan, İranın şimalı və Rusiyanın Volqa bölgəsindəki bütün əhali təhlükə altına düşmüş olur.

Qeyd edək ki, Azərbaycan KİV-ləri dəfələrlə Kürdə, Mingəçevir su anbarında və digər su hövzələrində balıqların kütləvi ölümü məsələsini qaldırıb. Eyni vəziyyət Gürcüstanda da müşahidə edilib.

Tarix
2019.07.18 / 13:43
Müəllif
Zaur Mehdiyev
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla