Yuxarı

Papa qəsdçisi İtaliyadan deportasiya edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1981-ci ildə sui-qəsd nəticəsində yaraladığı Papa II İohann Pavelin Vatikandakı məzarını ziyarət etmək üçün getdiyi İtaliyada nəzarətə alınan Mehmet Əli Ağca deportasiya edilib.

Axar.az xəbər verir ki, bu barədə "Alitalia" Hava Yollarının Roma - İstanbul səfəri çərçivəsində saat 23:00 təyyarəsi ilə İstanbula göndərilən Ağcanın vəkili Mustafa Dəmirbağ məlumat verib.

Vəkilin sözlərinə görə, Ağca İtaliya hökumətinə bu addımına görə təşəkkür edib:

"Müvəkkilim ilə az öncə danışdım. İtaliya hökumətinə qonaqpərvərliyinə görə təşəkkür etdi".

Mehmet Əli Ağcanı gətirən təyyarə bu gecə 01:00 radələrində İstanbula enib.

Xatırladaq ki, 1981-ci ildə mayın 13-də öldürmək məqsədi ilə II İohann Pavelə bir neçə dəfə atəş açaraq onu yaralayan Ağcanın Papa Fransisk ilə görüşmək arzusunu Vatikan rədd edib.

Əslən türk olan Mehmet Əli Ağcanın bu cinayətindən sonra II İohann Pavel sonradan onun günahını bağışlayıb. Ağca radikal millətçi kimi tanınır.

Bozqurdlar arasında olub. Roma Papası 1983-cü ildə ona qəsd etmək istəyən Ağcanı Romadakı həbsxanada ziyarət edib. Həmin vaxt Mehmet Əli Ağca ömürlük həbs cəzası hökmü ilə zindanda saxlanılırdı.

Ağcanın indi 56 yaşı var, 2000-ci ildə İtaliya dövləti tərəfindən əfv edilib. Sonra Türkiyəyə göndərilib. Vətənində isə onu 1979-cu ildə törətdiyi cinayətə görə (o, bir jurnalisti qətlə yetirməkdə və digər cinayətlərdə müqəssir bilinirdi) həbs edilib. Ağca 2010-cu ildə azadlığa çıxıb.

Roma Papası II İohann Pavel isə 2005-ci ildə vəfat edib. Ancaq Ağcanın həyata keçirdiyi hücumun arxasında hansı qüvvələrin durduğunu müəyyən etmək mümkün olmayıb. İtaliyanın istintaq orqanları ehtimal edirlər ki, bu işin arxasında Sovet İttifaqının o vaxtkı rəhbərliyi dayanıb.

Tarix
2014.12.30 / 10:08
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla