Yuxarı

Miqrantlar ABŞ-dan sürətli şəkildə deport edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Miqrantlar ABŞ-dan sürətli şəkildə deport edilir

ABŞ-da miqrantların sürətli deportasiyası qaydaları tətbiq ediləcək. Yeni qaydalara görə qeyri-leqal yollarla bu ölkəyə gəlmiş insanların geri qaytarılması üçün məhkəmə qərarı tələb olunmayacaq. Əvvəllər aylar və illər sürən bu proses indi bir neçə gün davam edəcək.

Axar.az CNN-ə istinadən xəbər verir ki, bundan sonra ABŞ vətəndaşlığı olmayan şəxslər bu ölkənin ərazisində fasiləsiz olaraq iki il yaşadıqlarını sübut etməli olacaqlar. Əks halda, onlar məhkəməsiz deportasiya ediləcəklər. İndiyədək bu qaydalar yalnız iki həftə ərzində sərhədi keçmiş miqrantlara tətbiq olunurdu.

Amerikanın hüquq müdafiəçiləri bildirirlər ki, yeni qaydalar yüz minlərlə miqranta şamil ediləcək. Amerika Vətəndaş Azadlıqları İttifaqı yeni qaydalarla bağlı məhkəməyə müraciət edəcəyini bəyan edib.

Federal Reyestrdə dərc olunduqdan sonra yeni qaydaların bu gün qüvvəyə minəcəyi bildirilir. ABŞ-ın Daxili Təhlükəsizlik nazirinin vəzifələrini icra edən Kevin Makalinan deyib ki, bu proses ölkənin cənubundakı miqrantların saxlanılması mərkəzinin boşalmasına səbəb olacaq. Onun sözlərinə görə, bu addım getdikcə güclənən immiqrasiya prosesləri baxımından mühümdür.

CNN-nin xəbərində bildirilir ki, hazırda ABŞ ərazisində 10,5 milyon sənədsiz miqrant var. Onların bir çoxunun 15 il əvvəl bu ölkəyə gəldiyi və sənədlərini rəsmiləşdirmədiyi qeyd olunur. Qanunsuz miqrantların ölkədən deportasiya edilməsi Prezident Trampın seçkiqabağı vədlərindən biridir.

Tarix
2019.07.23 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla