Yuxarı

Gürcü politoloqlar: İvanişvilinin Bakıya xəyanəti... – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü politoloqlar: İvanişvilinin Bakıya xəyanəti... – Video

11:29

Gürcüstan hökuməti dizel yanacağıyla bağlı tətbiq etdiyi yeni standartdan istifadə edərək, Azərbaycan şirkətləri yerinə bazara Rusiya şirkətlərini buraxmaq istəyir.

Axar.az xəbər verir ki, bunu “Xab Corciya” nəqliyyat məsələləri üzrə platformanın icraçı direktoru Vaso Uruşadze deyib.

“Biz arxasında kölgə bəyanatların dayandığı yaşıl iqtisadiyyat haqqında çox bəyanatları xatırlayırıq. Bu halda biz əminik ki, bu belədir. Belə ki, real olaraq “Avro-5” standartlı dizel yanacağının tətbiqi Gürcüstanda olan avtoparka necə təsir etməsinə dair tədqiqat mövcud deyil. Burada söhbət neft məhsulları bazarının yenidən bölüşdürülməsindən gedir. Hər kəsə yaxşı bəllidir ki, strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana dizel yanacağının 40%-ni tədarük edir. Bu nizamlamanın tətbiqi sayəsində Azərbaycanın neft məhsulları tam olaraq bazardan çıxacaq. Hər kəsə bəllidir ki, 2012-ci ildən Azərbaycan “Avro-5” standartına keçir, amma burada bir il udmaq lazımdır ki, Azərbaycan bazardan düşsün və onu Rusiya şirkətləri əvəz etsin. Bu şirkət “Rosneft” və onun Gürcüstandakı nümayəndəsi “Petrokas”dır ki, onlar da ölkənin qeyri-rəsmi hakimləri ilə əlaqəlidirlər”, – deyə o bildirib.

Gürcüstanın Beynəlxalq Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Nika Şenqeliya isə Gürcüstan hökumətinin yeni standartlara keçidi bir il müddətinə - Azərbaycanın “Avro-5” standartlı dizel tədarük etmək imkanı yaranana qədər təxirə salmaq imkanının olduğunu bildirib:

“Əgər belə olmasa, yanacağın qiyməti bazarda daha da bahalaşacaq. Bu bahalaşma 20% miqdarında olacaq”.

Qeyd edək ki, Gürcüstan 2020-ci il yanvarın 1-dən etibarən dizel yanacağı ilə bağlı yeni standarta keçdiyini açıqlayıb. Bu qərara əsasən, artıq ölkədəki Avro-4 standartlı yanacaq Avro-5-lə əvəz edilməlidir.

Azərbaycan isə Avro-5 istehsalına 2021-ci ildən başlayacaq.

Tarix
2019.08.01 / 15:34
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı yeni dəhliz yaradır, Tiflisə təsir edəcək?

İtaliya Azərbaycana görə AB-yə qarşı çıxdı

Bu, tammiqyaslı savaş olacaq: ABŞ İrana doğru nələr göndərir?

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Bu nazirlikdə yeni agentlik yaradıldı

İlham Əliyev ABŞ-da: Brandtla görüşdü...

ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı bu sözləri yazdı

“Amnesti İnternəşnl”ın bəyanatı əsassızdır - QAİ

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla