Yuxarı

Arktikada 35 dərəcə isti qeydə alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qütb dairəsi arxasındakı meteostansiya Arktikada tarixin ən yüksək temperaturunu müəyyən edib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, Milli Okean və Atmosfer Tədqiqatları Administrasiyasının (NOAA) məlumatına görə, İsveçdə, Qütb dairəsindən şimalda yerləşən meteoroloji stansiyada iyul ayında Arktika regionu üçün rekord temperatur – 34,8 dərəcə Selsi (94,6 dərəcə Farengeyt şkalası ilə) isti qeydə alınıb.

Rekord temperatur iyulun 26-da Qütb dairəsinin cənub kənarında yerləşən, İsveçin kiçik Markusvins istehkamında müəyyən edilib. İqlimşünas Dik Arndt bəyan edib ki, bu göstəricilər İsveç Meteoroloji İnstitutu tərəfindən təhlil edilib və yoxlanılıb.

Şimal Buzlu Okeanında buzların sahəsi 19,8 faiz azalıb. Bu, 2012 və 2015-ci illərdə qeydə alındığından da çoxdur. Həmin dövrdə də rekord temperaturlar müəyyən edilmişdi.

İqlimşünas Robert Rode bildirib ki, 90 faiz ehtimalla 2019-cu il müşahidələr dövrü tarixində yalnız 2016-cı ildən geri qalaraq ikinci ən isti il olacaq.

Tarix
2019.08.16 / 21:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla