Yuxarı

Fransada G7 dövlətlərinin sammiti başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransada G7 dövlətlərinin sammiti başladı

Fransanın Biarrits şəhərində dünya ÜDM–nin 40 faizini təmsil edən Almaniya, Kanada, ABŞ, Fransa, İtaliya, Yaponiya və Birləşmış Krallıq kimi 7 böyük dövlətin (G7) rəhbərlərinin 45-ci sammiti başlayıb.

Axar.az xəbər verir ki, avqustun 24-dən 26-dək Fransanın sədrliyi ilə davam edəcək sammitdə böhranla üzləşmək təhlükəsində olan beynəlxalq iqtisadiyyat və ticarət, beynəlxalq təhlükəsizlik, bərabərsizliyə qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Afrika qitəsində siyasi və iqtisadi sabitlik məsələləri ilə bağlı müzakirələrə Cənubi Afrika, Burkino Faso, Misir, Ruanda, Seneqalın rəhbərləri, eləcə də BMT, Dünya Valyuta Fondu (FMİ), Afrika Birliyi və Afrika İnkişaf Bankı kimi təşkilatların rəhbərləri də qoşulacaqlar.

Avqustun 26-da “İqlim, biomüxtəliflik və okeanlar” mövzusunun müzakirələrindən sonra “Biomüxtəlifliyə dair Xartiya” imzalanmaq üçün G7 dövlət rəhbərlərinə təqdim olunacaq.

Sammitin son sessiyası “Rəqəmsal transformasiya” mövzusuna həsr olunacaq. Son müzakirələrə Cənubi Afrika, Avstraliya, Çili, Hindistan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qatılacaq.

Qeyd edək ki, Fransanın sabiq prezidenti Valeri Jiskar Destınin təşəbbüsü ilə G7 sammiti ilk dəfə 1975-ci ildə noyabrın 15-dən 17-dək Rambuye qəsrində Fransa, ABŞ, Yaponiya, Birləşmiş Krallıq, İtaliya, Qərbi Almaniya kimi 6 ölkənin iştirakı ilə baş tutub. 1976-cı ildə Kanada bu qrupa daxil olub və G7 yaranıb.

Qrupun əsas məqsədi dünya iqtisadiyyatını silkələyən 1973-cü il neft iflici Qərb blokunu məsləhətləşməyə məcbur edib.

Tarix
2019.08.24 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla