Yuxarı

Moskvanın MDB-yə təyin etdiyi yeni kurator kimdir? - Dosye

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvanın MDB-yə təyin etdiyi yeni kurator kimdir? - Dosye

Dünən Rusiya Prezidenti Vladimir Putin artıq bir neçə aydır mətbuatın irəli sürdüyü iddiaları gerçəkləşdirərək, Rusiya Xarici İşlər nazirinin müavini - stats-katibi Vladimir Karasini istefaya göndərdi. Moskvanın MDB ilə bağlı siyasətinə kuratorluq edən Karasinin yerinə Yevgeni İvanov təyin edildi. Uzun illər Moskvanın MDB və Qafqazla bağlı siyasətini nəzarətdə saxlayan şəxsi əvəz edən yeni gənc kurator İvanov kimdir?

Axar.az yeni kuratorun rəsmi tərcümey-halını təqdim edir:

Yevgeni İvanov 1974-cü ildə anadan olub. Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət İnstitutunda təhsil alan İvanov 1995-ci ildə bu ali təhsil ocağını bitirib. İvanov ingilis və polyak dillərini bilir.

İvanovun Rusiya XİN-də fəaliyyətə institutu bitirdiyi il başlayıb. Rəsmi tərcümeyi-halında onun müxtəlif diplomatik vəzifələrdə - həm XİN-in mərkəzi aparatında, həm də ölkənin xaricində çalışdığı vurğulanıb. 2006-2008-ci ildə Rusiya Xarici İşlər nazirinin köməkçisi olan İvanov sonradan nazirliyin katibliyinin departamentinin direktorunun müavini təyin edilib. 2008-2013-cü illərdə isə yeni kurator bu departamentə rəhbər gətirilib.

2013-2017-ci illərdə XİN-in Konsulluq Departamentinə direktorluq edən İvanov 2016-cı ildə Rusiya XİN-in Kollegiyasının üzvlüyünə daxil edilib. 2017-ci ildə isə o, Rusiya Xarici İşlər nazirinin müavini təyin edilib.

İvanov birinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi daşıyır.

Evli olan diplomatın iki qız övladı var.

Qeyd edək ki, Karasin Rusiya Xarici İşlər nazirinin müavini – stats-katibi vəzifəsini 2005-ci ildən icra edib. Bu vaxta qədər isə o, Rusiyanın Britaniyadakı səfiri olub.

Tarix
2019.09.11 / 12:51
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Benzin və dizelin qiyməti ilə bağlı mühüm qərar

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Babiş Qəbələdə: Zelenski və Meloninin Azərbaycana səfəri...

Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur

Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin analoqu olmayan təklifi... - Pənahov danışdı

Ukrayna ilə münasibətlər strateji həmrəylik prinsiplərinə əsaslanır

Andrey Babişin şərəfinə rəsmi lanç verildi - Foto

Vahid Ələkbərov Füzuliyə niyə gəlibmiş?

Alman diplomatlar Xankəndidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla