Yuxarı

Putin Qurandan sitat gətirdi: Türkiyədə olub...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Qurandan sitat gətirdi: Türkiyədə olub...

Rusiya Prezidenti Vladimir Putin neft obyektləri dron hücumuna məruz qalan Səudiyyə Ərəbistanına S-400 zenit-raket kompleksi almağı tövsiyə edib.

Axar.az xəbər verir ki, Kreml rəhbəri bu yöndə sualı cavablandırarkən müqəddəs Qurani-Kərimdən də sitat gətirib.

“Müqəddəs Quranda öz irqinin qorunmasından savayı tətbiq edilən zorakılığın qəbuledilməz olduğu deyilir. Bax elə, öz irqini, vətənini qorumaq üçün biz Səudiyyə krallığına uyğun yardımı göstərməyə hazırıq”, - deyə dövlət başçısı bildirib.

Putin əlavə edib ki, Səudiyyə rəhbərliyi müdrik qərar qəbul etməyə qadirdir və İranı nümunə götürərək, S-300-ü, yaxud türk hakimiyyətinin etdiyi kimi S-400-ü əldə edə bilər.

Rus liderin bu yöndə açıqlamasına cavab olaraq İran lideri Həsən Ruhani “Daha yaxşı nə ola bilər? S-300, yaxud S-400...” - bildirib.

Putin də öz növbəsində “Qoy, seçsinlər” deyərək iranlı həmkarının cavabını bir növ təsdiqləyib.

Kreml rəhbəri sonda yenə Qurandan sitat gətirib:

“Müsəlman əhalinin üstünlük təşkil etdiyi Türkiyədə olub, Qurani-Kərimin sətirlərini xatırlamamaq olmaz: Allahın mərhəmətini xatırlayın. Siz nə zamansa düşmən idiniz, Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi. Bax elə düşünürəm ki, buradan başlamalıyıq”.

Tarix
2019.09.16 / 23:53
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla