Yuxarı

ABŞ-da prezidentliyə namizəd ürəyindən əməliyyat olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da prezidentliyə namizəd ürəyindən əməliyyat olundu

ABŞ prezidentliyinə namizəd, senator Berni Sanders xəstəxanaya yerləşdirildiyinə görə onun seçkiqabağı kampaniyası çərçivəsindəki bütün tədbirlər ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə oktyabrın 2-də senatorun nümayəndəsi Ceff Uiver bəyanat verib. O bildirib ki, 78 yaşlı Sandersin ürəyində cərrahiyyə əməliyyatı aparılıb. Senator oktyabrın 1-də tədbir zamanı döş qəfəsində narahatlıq hiss edib.

Senatoru müayinə edən həkimlər onun bir arteriyasında tıxanma aşkar ediblər. Həkimlər ona iki stent qoyublar.

Uiver deyib: “Senator söhbət edir, onun əhvalı yaxşıdır. O, bir neçə gün istirahət edəcək. Biz onun görüşlərini və çıxışlarını növbəti bildirişlərə qədər ləğv edirik. Bu məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik”.

Berni Sanders 2020-ci ildə Prezident Trampa qalib gəlməyə çalışan ən yaşlı prezidentliyə namizəddir. O, keçmiş vitse-prezident, demokratlar arasında liderlik edən Co Baydendən üç yaş, 73 yaşlı Trampdan beş yaş böyükdür. Trampın özü birinci müddətə prezident seçilənlər arasında ən yaşlı adamdır.

Tarix
2019.10.02 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla