Yuxarı

"Samsunq"dan gözlənilməz: Bu ölkədə istehsal dayandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın "Samsunq Elektroniks" şirkəti yerli istehsalçıların rəqabətindən yaranan zərər səbəbi ilə dünyanın ikinci ən böyük mobil smartfon bazarı olan Çində mobil telefon istehsalına son verib.

Axar.az xəbər verir ki, Huycou şəhərindəki "Samsunq"un Çindəki sonuncu mobil telefon zavodu fəaliyyətini tam dayandırıb. Ötən ilin sonunda isə şirkətin Çindəki daha bir zavodu bağlanmışdı. Cənubi Koreyanın texnologiya nəhənginin bu addımı digər şirkətlərin Çində işçi qüvvəsinin bahalanması və ölkənin iqtisadi inkişafının zəifləməsi səbəbindən istehsalı başqa ölkələr köçürmələri ilə paralel baş verir. Xatırladaq ki, Yaponiyanın "Soni" şirkəti də bir müddət əvvəl Çindəki zavodunu bağlayaraq istehsalı Tailanda köçürmək barədə düşündüyünü bildirmişdi.

"Samsunq" şirkətinin Çinin mobil telefon bazarındakı payı 2013-cü ildəki 15 faizdən hazırda təxminən 1 faizə düşüb. "Counterpoint" bazar araşdırmaları təşkilatının rəyinə əsasən, buna səbəb Çinin "Huawei" və "Xiaomi" kimi şirkətlərinin bazarda "Samsunq"u sıxışdırmasıdır.

Cənubi Koreya şirkəti 1992-ci ildən Huycouda fəaliyyət göstərən zavodunun istehsal gücü barədə məlumat verməyib. Amma Cənubi Koreya mətbuatı 6 min nəfərin çalışdığı zavodda 2017-ci ildə 63 milyon mobil telefon istehsal olunduğunu yazıb. Həmin il "Samsunq"un dünya üzrə mobil telefon istehsalı 394 milyon ədəd olmuşdu. Şirkət son illər işçi qüvvəsinin daha ucuz olduğu ölkələrdə, məsələn Hindistan və Vyetnamda istehsalı genişləndirir.

Tarix
2019.10.03 / 22:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla