Yuxarı

Rusiya BMT-də ABŞ-ı deyil, Türkiyəni dəstəklədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya BMT-də ABŞ-ı deyil, Türkiyəni dəstəklədi

Rusiya ABŞ-ın BMT Təhlükəsizlik Şurasına Türkiyənin “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı ilə bağlı təklif etdiyi layihəni dəstəkləməyib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, BMT Təhlükəsizlik Şurasında bu gün “Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı kontekstində Suriyanın şimal-şərqindəki vəziyyət müzakirə edilib. Müzakirədə ABŞ Türkiyənin Suriyadakı hərəkətlərinə görə narahatlığını dilə gətirən ortaq açıqlama layihəsini təqdim edib.

Türkiyəyə əməliyyata son verilməsi çağırışının qeyd edildiyi layihənin mətnində həmçinin Türkiyəni narahat edən təhlükəsizlik problemlərinin həlli üçün diplomatik kanalların dövrəyə girməsi təklif edilir.

Agentlik layihədə Türkiyənin hərəkətlərinin "işğal" kimi xarakterizə edildiyini də qeyd edib.

Moskvanın mövqeyinə uyğun gəlməməsi səbəbindən layihəni Rusiyanın dəstəkləmədiyi və qarşı olduğu bildirilib.

Tarix
2019.10.12 / 22:42
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla