Yuxarı

ABŞ-la Türkiyə arasında 13 bəndlik razılaşma - Atəşkəs

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.10.17 - 09:47

ABŞ vitse-prezidenti Mayk Pens və Dövlət katibi Mayk Pompeo Suriyadakı vəziyyətin müzakirəsi üçün Ankaraya yola düşüblər.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ mətbuatı yayıb. Onların Vaşinqton yaxınlığındakı Endryus hərbi hava bazasından təyyarəyə mindikləri və Bakı vaxtıyla saat 02:00-da havaya qalxdıqları bildirilib.

Maraqlıdır ki, vitse-prezidentlə dövlət katibi bazadan ayrı-ayrı təyyarələrlə uçublar. Onların havalandıqdan 12 saat sonra Ankarada eniş edəcəkləri vurğulanıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşüb.

Axar.az xəbər verir ki, Ankarada mətbuata qapalı keçən görüş 1 saat 40 dəqiqə davam edib.

Danışıqların nəticəsinə dair hələlik bəyanat verilməyib.

Görüşün əsas mövzusunun Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” əməliyyatı ilə bağlı olduğu bildirilir.

***

Türkiyə və ABŞ Suriyada atəşkəs elan edilməsi bağlı razılığa gəldi.

Bu barədə Mayk Pens Türkiyə lideri Ərdoğanla görüşdən sonra mətbuat konfransında deyib.

O, sözügedən razılaşma ilə yanaşı Türkiyəyə sanksiya tətbiq edilməyəcəyini bildirib.

M.Pens “Sülh çeşməsi” əməliyyatının ilk mərhələdə 120 saatlığına dayandırılacağını vurğulayaraq bildirib ki, ABŞ YPG-nin təhlükəsiz bölgədən geri çəkilməsini təmin edəcək. Bu müddətdə YPG təhlükəsiz bölgədən geri çəkiləcək. Türkiyə və ABŞ İŞİD-in Suriyanın şimal-şərqində tamamilə aradan qaldırılması məsələsində razılığa gəliblər və İŞİD terrorçularının saxlanıldığı həbsxanalarla bağlı əlaqələndirilmiş şəkildə hərəkət edəcəklər.

“Bir az əvvəl Prezident Tramp ilə danışdım. Donald Tramp Rəcəb Tayyib Ərdoğanın atəşkəsə və sülh yolu ilə həll variantına razılıq verməsindən çox məmnun qaldı. Beş saat ərzində müzakirələr apardıq və bu görüş sayəsində bir çox insanın həyatı xilas edildi. ABŞ YPG-nin geri çəkilməsini asanlaşdıracaq. Bu həyata keçdikdə isə Türkiyə davamlı atəşkəsə razı olacaq. Təmsilçilərimiz hazırda təhlükəsiz bölgədədir və YPG-nin 20 mil məsafədə geri çəkilməsi üçün danışıqlar aparırlar. ABŞ atəşkəs rejiminin tətbiqindən sonra artıq Türkiyəyə sanksiya tətbiq etməyəcək və indiyədək qoyulan sanksiyalar aradan qaldırılacaq”, - deyə ABŞ-ın vitse-prezidenti bildirib.

***

Suriyada "Sülh çeşməsi" əməliyyatını dayandırmaq, Suriya və Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və suriyalıların öz torpaqlarına qayıdışına şərait yaratmaq üçün aparılan danışıqlardan əldə olunan nəticə 13 bənddən ibarətdir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tarix
2019.10.18 / 00:34
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Görün, Azərbaycana kimlər “petrostate” deyir…

Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşdü

Maldivlə sənəd imzalandı: Bu şəxslər vizadan azad edildi

İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Tulia Ekson Azərbaycana gəldi

Putin İlham Əliyevə zəng etdi

Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım - Foto

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh sazişi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla