Yuxarı

Davosda "Bir dəqiqə"dən sonra Türkiyə "küləyi"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir dəqiqə" ("One minute") böhranından sonra ilk dəfə Davosa qatılan Türkiyə yeni dönəmə qədəm qoyub.

Axar.az xəbər verir ki, Davosda keçirilən iqtisadi forumda Türkiyəni təmsil edən Baş nazir Əhməd Davudoğlu 3 gərgin gün keçirib. G-20 sədri kimi iclaslarda iştirak edən Davudoğlu Türkiyənin perspektivlərindən danışıb və bir çox ikitərəfli görüşlər keçirib.

Davudoğlu Dünya İqtisadi Forumu toplantısının ilk günündə Ukrayna Prezidenti Pyotr Poroşenko, Avstriya Baş nazir müavini Raynold Mitterlener ilə görüşüb.

Görüşlərin ikinci günündə isə Davudoğlu Finlandiya Baş naziri Aleksandr Stubb, Gürcüstan Baş naziri İrakli Qaribaşvili, Serbiya Baş naziri Aleksandr Vuçiç, Malayziya Baş naziri Dato Najib Tun Abdul Razak, Qazaxıstan Baş naziri Bum Masimov, Yeni Zelandiya Baş naziri Con Ki və İordaniya Kralı II Abdullah ilə ikitərəfli görüşlər keçirib.

Xatırladaq ki, Ərdoğanın baş nazirliyi dönəmində İsrail təmsilçisi ilə məşhur "Bir dəqiqə" qalmaqalından sonra Türkiyə baş nazir səviyyəsində Davosda yalnız 5 ildən sonra Davudoğlunun timsalında iştirak etdi.

Tarix
2015.01.25 / 01:04
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla