Yuxarı

40 il sonra ilk dəfə bu duruma düşdük - Ruhani

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
40 il sonra ilk dəfə bu duruma düşdük - Ruhani

İran 1979-cu il inqilabından bu yana ən ağır günlərini yaşayır.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

“2011-2012-ci illərdə İrana sanksiya tətbiq ediləndə neft satışı 1 milyon barrelə düşsə də, nüvə sazişindən sonra 2 milyon 800 min barrelə qalxdı. İqtisadiyyatdan başı çıxmayanlar “nefti satmasaq da önəmli deyil, qapıya qıfıl vurarıq, sonra yenə satarıq, mədən və fermer fəaliyyətini də dayandırıb, sonra başlada bilərik” deyə bilərlər, ancaq qapıları bağlamaq yox, açmaq hünər sayılır. Quyuları yenidən aktiv hala gətirmək üçün sazişdən sonra 800 milyon dollar xərclədik”, - Ruhani bildirib.

Prezident qeyd edib ki, İrana sadəcə idxal üçün ildə 60 milyard dollar vəsait tələb olunur.

Ruhani, həmçinin, vergilərin ölkənin idarə edilməsi üçün lazım olan vəsaitin yalnız 30 faizini təmin etdiyini və nefti sata bilməyəcəkləri halda qalan 70 faiz vəsaiti təmin edə bilmək üçün mənbə olmadığını vurğulayıb.

Tarix
2019.11.12 / 17:11
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Prezident onlara müraciət ünvanladı

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla