Yuxarı

Akara qəti şəkildə dedim: Həm S-400, həm də F-35… - Esper

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Müdafiə naziri Mark Esper ölkə başçısı Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ikinci dəfə məktub göndərməsindən xəbərdar olmadığını qeyd edib.

Axar.az xəbər verir ki, bu barədə Esper mətbuat konfransında danışıb.

Esper həmçinin məktubda yer alan Türkiyənin S-400-ləri aktiv etməyəcəyi halda F-35 proqramına qayıda biləcəyinə dair iddialara da münasibət bildirib:

“Belə bir şey eşitmədim. Amma bu, belə bir şeyin olmadığı anlamına gəlməz. Akarla son görüşümüzdə həm S-400-ə sahib olub, həm də F-35 proqramına davam edə bilməyəcəklərini qəti bir şəkildə söylədik. Məncə, bu F-35-lər üçün həddən artıq təhdid təşkil edir və bütün NATO müttəfiqlərimiz də bu məsələdə bizimlə eyni düşünür”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ikinci məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ticarət müqaviləsi və Ankaranın rus istehsalı zenit raket kompleksləri almasından sonra vəd edilən sanksiyalar ətrafında vəziyyətin “həll yolu”nu təklif edib.

Tarix
2019.11.13 / 10:38
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla