Yuxarı

Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya

2019.11.14. 21:55

Bu gün Gürcüstan müxalifəti Tiflisdə parlamentin binası önündə etiraz aksiyası keçirib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, aksiyada iki min nəfərə yaxın insan iştirak edib. Paytaxt Tiflisdəki mərkəzi Rustaveli prospekti bağlanıb, avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Polis əməkdaşları yolu açmağa çalışsalar da, aksiya iştirakçıları buna mane olublar. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

Polis təhlükəsizlik tədbirlərini gücləndirib. Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Xatırladaq ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası növbəti seçkilərin (2020-ci il) proporsional sistemi üzrə keciriləcəyini və bununla əlaqədar Konstitusiya qanununa dəyişikliklər olunacağını vəd etmişdi. Lakin noyabrın 14-də keçirilən səsvermə zamanı hakim partiyanın bəzi üzvləri də daxil olmaqla, bir qrup deputat qanun layihəsinin əleyhinə səs verib və qanun qəbul olunmayib.

Bu gündən müxalifət partiyaları birləşərək yenidən etiraz aksiyalarına başlayıb. Onlar tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirmək niyyətindədirlər.

***

Etirazçılar parlamentin binası qarşısında, Rustaveli prospektində çadırlar quraşdırıblar.

Aksiyaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbləri yerinə yetirilməyənə qədər ərazini tərk etməyəcəklərini bildiriblər.

Tələbə əsasən, seçkilər keçid hökuməti altında təşkil olunmalıdır.

Tarix
2019.11.15 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla