Yuxarı

Sabiq başçı biznesə qayıtdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərbəndin sabiq meri Qurban Qurbanov biznesinin başına qayıdıb.

Axar.az-ın xəbərinə görə, keçmiş icra başçısı vəzifəsindən kənarlaşdırıldıqdan sonra sahibi olduğu müəssisələrin fəaliyyətinə vaxt ayırır.

Bildirilir ki, onun ictimai-siyasi fəaliyyətini davam etdirmək planı yoxdur. Q.Qurbanov bir müddət fasilə götürüb və Dağıstan Prezidenti Ramazan Abdulatipov hakimiyyətdə olduğu müddətdə heç bir prosesdə iştirak etmək istəmir. Buna səbəb onların arasındakı intriqadır. Bu düşmənçilik Qurbanovun həbsi ilə nəticələnmişdi.

Xatırladaq ki, 16 sentyabr 2014-cü il tarixində Qurbanov barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 286-cı maddəsinin 2-ci hissəsi ilə (vəzifə səlahiyyətlərinin aşılması) Rusiyanın Dağıstan üzrə İstintaq komitəsinin İstintaq İdarəsinin rəhbəri tərəfindən cinayət işi açılıb.

Nəticədə səlahiyyət müddətinin bitməməsinə baxmayaraq, istefaya göndərilməsinə cəhd edilən Q.Qurbanov həbsə məhkum olub. Sonra ev dustaqlığına buraxılıb.

Q.Qurbanov 1998-ci ildən bu rayona rəhbərlik edib. Ondan əvvəl atası təxminən 25 il Dərbəndin rəhbəri olub.

Tarix
2015.01.31 / 11:09
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla