Yuxarı

Tramp impiçment işində çıxış edə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp impiçment işində çıxış edə bilər

ABŞ Prezidenti Donald Tramp impiçment işi üzrə dinləmələrdə çıxış etmək imkanlarını nəzərdən keçirəcəyini deyib.

Axar.az xəbər verir ki, Donald Tramp Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin dinləmələrdə ona qarşı irəli sürülən ittihamlara cavab vermək təklifini xatırladıb.

“O, cavabı yazılı şəkildə verə biləcəyimi deyib. Pis iş görməmişəm və qanunsuz prosesə legitimlik qazandırmağı sevmirəm, bu ideya mənim xoşuma gəlir. Konqresin fikrini yenidən toplaması üçün bunu diqqətlə nəzərdən keçirəcəyəm”, - deyə ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, ABŞ-da Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı ətrafinda böyük qalmaqal yaşanır. Birləşmiş Ştatlar və Ukrayna prezidentlərinin telefon danışığının stenoqramı Donald Trampın həqiqətən də Kiyevə maliyyə yardımı qarşılığında Vladimir Zelenskidən direktorlar heyətinə Co Baydenin oğlunun da daxil olduğu “Burisma Group” kompaniyasının, həmçinin Hanter Baydenin özünün fəaliyyətini araşdıran Ukraynanın sabiq Baş prokuroru Viktor Şokinin istefa şəraitinin tədqiqi barədə xahiş etdiyini təsdiqləyib. Birləşmiş Ştatlar liderinin impiçment prosedurunun başlamasına məhz bu qalmaqal səbəb olub. Demokrat Co Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi sayılır.

Tarix
2019.11.18 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla