Yuxarı

Qızğın London sammiti: Gərginlik pik həddə olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda NATO-nun 70 illiyinə həsr edilən iki günlük yubiley sammiti bu gün başlayır.

Axar.az xəbər verir ki, alyansa üzv 29 ölkə NATO-nun keçmiş mənzil qərargahı olan Londonda toplanacaq. Sammit NATO Baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçiriləcək.

Bu gün, həmçinin, Londonda NATO Xalq Diplomatiyası Forumu baş tutacaq. Foruma NATO üzvləriylə bərabər, ona tərəfdaş olan ölkələr də qatılacaq.

Sammitdə alyansın nailiyyətləri, gələcək çağırışlar və təşkilatın maliyyələşmə qaydaları, Rusiya və Çin siyasəti müzakirə ediləcək. Bu, son bir il ərzində keçirilən dördüncü sammit olacaq.

Sammitdə əsas məqam ABŞ Prezidenti Donald Trampın çıxışıdır. Belə ki, Trampın bu çıxışında Vaşinqtonun NATO nizamnaməsinin 5-ci maddəsinə sadiq qaldığını deyəcəyi gözlənilir.

Bununla belə, ABŞ NATO-nun yeni sammitinə alyansın maliyyələşdirilməsi üçün çəkdiyi xərcləri azaldaraq gedir. Vaşinqton NATO-nun maliyyələşməsindəki payını 22%-dən 16%-ə qədər azaltmağı planlaşdırır. Digər tərəfdən, Vaşinqton hələ də alyansdakı müttəfiqlərindən hərbi xərclərini ÜDM-lərinin 2%-nə çatdırılmasını tələb edir ki, hələlik, bu tələbin icrasına tam nail ola bilmir. İndiyə qədər Vaşinqtonun tələbini yalnız Yunanıstan, Polşa, Britaniya, Litva, Latviya və Estoniya icra edib.

London sammiti ərəfəsində alyansın daxili problemləri bununla da yekunlaşmır. Sammitdən bir müddət öncə Fransa Prezidenti Emmanuel Makronun NATO-nun “beyin ölümü” yaşaması bəyanatı böyük müzakirələrə səbəb olub. Makronun bu çıxışını ABŞ, Almaniya, Türkiyə liderləri kəskin tənqid ediblər.

Bu, Makronun ilk belə çıxışı deyil. Bundan əvvəl də fransız lider dəfələrlə müstəqil Avropa ordusu ideyasıyla bağlı mesajlar verib və ABŞ-ın artıq Avropanı müdafiə edə bilmədiyini açıqlayıb.

Fransızların həmçinin Türkiyə ilə də böyük problemləri mövcuddur. Bu problem aktiv fazaya Türkiyənin “Sülh çeşməsi” əməliyyatından sonra keçib. Maraqlı məqam odur ki, Türkiyənin bu əməliyyatına görə problemi təkcə fransızlarla yox, az qala bütün alyans üzvləriylə yaranıb. Türkiyə ilə NATO arasında Ankaranın Rusiyadan S-400 alması, eləcə də Baltikyanı ölkələrdə NATO qoşunlarının artırılmasına dəstək verməməsi məsələlərinə görə də problem mövcuddur.

Alyansda ABŞ-ı narahat edən başqa məqam isə AB-nin İran, Rusiya və Çin məsələsində kəskin mövqe tutmamasıdır. Təsadüfi deyil ki, sammit ərəfəsində ABŞ Dövlət Departamenti bəyanat yayaraq, AB-nin yeni liderlərini bu ölkələrə qarşı sərt mövqeyə səsləyib.

Bununla yanaşı, Vaşinqton dəfələrlə Almaniyanı Rusiyanın “Şimal axını 2” qaz kəmərinin çəkilişindən imtina etməyə çağırıb, lakin hələ ki, Berlindən lazım olan reaksiyanı ala bilməyib.

Tarix
2019.12.03 / 16:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla